4CARX.AZ
Keyfiyyətli təkərin yolunda heçnə dura bilməz!
4 ÇARX Təkər Mərkəzi 2018-ci ildən fəaliyyətə başlamışdır. Yarandığımız gündən güclü
şöhrət və beynəlxalq diller şəbəkəsini inkişaf etdirmişik. Şirkətimiz məşhur Çin brendi olan
GOFORM şinlərinin ölkəmizdə rəsmi dilleridir. GOFORM artıq 25 ildir fəaliyyət göstərən bir
şin brendidir. Hər il 3 milyarddan çox məhsulunu Avropa, Amerika, Orta Asiya, Cənub-Şərqi
Asiya, Afrika və başqa regionlarda daxil olmaqla ixrac edir.
"4çarx Təkər Mərkəzi" həmçinin sizə dünya şöhrətli şin istehsalçılarının geniş məhsul
çeşidlərini təklif edən "4carx.az" saytını təqdim edir. Belə ki, Avtomobili həm yay, həm də
qış mövsümünə hazırlamaq, habelə etibarlı ehtiyyat təkərə sahib olmaq üçün "4carx.az"
saytına daxil olmaq kifayət edir. Bu sayta daxil olan hər bir avtomobil sahibini münasib
qiymət, operativ çatdırılma, fərdi yanaşma və geniş məhsul çeşidi gözləyir. Saytda təklif
olunan məhsulların hər biri haqqında ətraflı məlumatın yerləşdirilməsinə baxmayaraq hər
zaman onlayn rejimində çalışan təcrübəli mütəxəssislərimiz müştəriləri maraqlandıran
sorğuları böyük həvəslə və peşəkarcasına cavablandırmağa hazırdırlar. Yəqin ki, bizim elan
və ya reklamlarla tanış olub "4carx.az" saytına daxil olmazdan öncə hər kəs belə bir sualla
üz-üzə qalır: "Nəyə görə mən şin seçimimi "4carx.az" saytında etməliyəm"? Bu suala
bizim aşağıda qeyd olunan üstünlüklərimizi oxuduqdan sonra cavab tapa bilərsiniz:
1. Geniş çeşid sırası və endirimli qiymətlər – uzun müddət Azərbaycan bazarında
fəaliyyət görsətdiyimiz üçün, Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi
distribütor və dilerlərlə əməkdaşlıq münasibətimiz və dostluğumuz var. Bu münasibətlər
bizə imkan verir ki, şin bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm
qış, həm də yay mövsümünün yeni şin modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif
edək;
2. Çinin məhşur şin zavodu olan Goform brendinin ölkəmizdə rəsmi nümayəndəsi
olmağımız bizə imkan yaradır ki, müştərilərimizə orjinal və istehsalçı zəmanəti ilə
təminedilmiş keyfiyyətli məhsulları təklif edek.
3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm
mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemi
mövcuddur. "4carx.az" saytından şin sifariş vermək çox asan və
rahatdır. "4carx.az" saytının xidmətlərindən faydalanmaqla siz həm əsl servisin nə
olduğunu görüb qiymətləndirəcək, həm də avtomobilinizin daha təhlükəsiz və rahat şinlərlə
təmin olunmasına nail olacaqsınız. Şinlər avtomobilin əsas elementi olmaqla onun
hərəkətinin təminatçısıdır. Məhz şinlərin keyfiyyəti yolda hərəkətin rahatlığı və
təhlükəsizliyini müəyyən edir. Təcrübəli sürücülər yaxşı bilirlər ki, avtomobil üçün şin
alarkən "qənaət" etmək olmaz, bu zaman qiyməti deyil, ən müasir texnologiyaların imkanları
hesabına başa gələnən etibarlı və dözümlü şinləri seçmək lazımdır.
Uğurlu alış-verişlər!
Hörmətlə, "4carx.az" komandası
