Abşeron rayonu, Heydər Əliyev 1
(+994 12) 408 32 64
AZ
EN RU

Səbətim

Səbət boşdur!

Əsas səhifəHaqqımızda

4CARX.AZ

Keyfiyyətli təkərin yolunda heçnə dura bilməz!

    4 ÇARX Təkər Mərkəzi 2018-ci ildən fəaliyyətə başlamışdır. Yarandığımız gündən güclü şöhrət və beynəlxalq diller şəbəkəsini inkişaf etdirmişik. Şirkətimiz məşhur Çin brendi olan GOFORM şinlərinin ölkəmizdə rəsmi dilleridir. GOFORM artıq 25 ildir fəaliyyət göstərən bir şin brendidir. Hər il 3 milyarddan çox məhsulunu Avropa, Amerika, Orta Asiya, Cənub-Şərqi Asiya, Afrika və başqa regionlarda daxil olmaqla ixrac edir. 

    "4çarx Təkər Mərkəzi" həmçinin sizə dünya şöhrətli şin istehsalçılarının geniş məhsul çeşidlərini təklif edən "4carx.az" saytını təqdim edir. Belə ki, Avtomobili həm yay, həm də qış mövsümünə hazırlamaq, habelə etibarlı ehtiyyat təkərə sahib olmaq üçün "4carx.az" saytına daxil olmaq kifayət edir. Bu sayta daxil olan hər bir avtomobil sahibini münasib qiymət, operativ çatdırılma, fərdi yanaşma və geniş məhsul çeşidi gözləyir. Saytda təklif olunan məhsulların hər biri haqqında ətraflı məlumatın yerləşdirilməsinə baxmayaraq hər zaman onlayn rejimində çalışan təcrübəli mütəxəssislərimiz müştəriləri maraqlandıran sorğuları böyük həvəslə və peşəkarcasına cavablandırmağa hazırdırlar. Yəqin ki, bizim elan və ya reklamlarla tanış olub "4carx.az" saytına daxil olmazdan öncə hər kəs belə bir sualla üz-üzə qalır: "Nəyə görə mən şin seçimimi "4carx.az" saytında etməliyəm"? Bu suala bizim aşağıda qeyd olunan üstünlüklərimizi oxuduqdan sonra cavab tapa bilərsiniz: 

1. Geniş çeşid sırası və endirimli qiymətlər – uzun müddət Azərbaycan bazarında fəaliyyət görsətdiyimiz üçün, Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətimiz və dostluğumuz var. Bu münasibətlər bizə imkan verir ki, şin bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni şin modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək; 

2. Çinin məhşur şin zavodu olan Goform brendinin ölkəmizdə rəsmi nümayəndəsi olmağımız bizə imkan yaradır ki, müştərilərimizə orjinal və istehsalçı zəmanəti ilə təminedilmiş keyfiyyətli məhsulları təklif edek.

3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemi mövcuddur. "4carx.az" saytından şin sifariş vermək çox asan və rahatdır. "4carx.az" saytının xidmətlərindən faydalanmaqla siz həm əsl servisin nə olduğunu görüb qiymətləndirəcək, həm də avtomobilinizin daha təhlükəsiz və rahat şinlərlə təmin olunmasına nail olacaqsınız. Şinlər avtomobilin əsas elementi olmaqla onun hərəkətinin təminatçısıdır. Məhz şinlərin keyfiyyəti yolda hərəkətin rahatlığı və təhlükəsizliyini müəyyən edir. Təcrübəli sürücülər yaxşı bilirlər ki, avtomobil üçün şin alarkən "qənaət" etmək olmaz, bu zaman qiyməti deyil, ən müasir texnologiyaların imkanları hesabına başa gələnən etibarlı və dözümlü şinləri seçmək lazımdır.

Uğurlu alış-verişlər!
Hörmətlə, "4carx.az" komandası

4CARX.AZ
Pulsuz çatdırılma
Bakı şəhəri üzrə

Zəmanət
2 ilə-dək tam zəmanət

Geniş seçim
Geniş seçim imkanı

Compare
X