Şinlərin icazə verilən aşınma dərəcəsi - şinlərin protektor naxışlarının minik avtomobillərinin təhlükəsiz idarə ücün tələb olunan minimum hündürlüyüdür. Bu normativ Yol Hərəkəti haqqında qanunla tənzimlənir və 1.6 mm olaraq təyin edilib. Lakin bildiyiniz kimi, şinlər istər tərkib, istərsə də model olaraq müxtəlif olduqlarına görə bu göstəricinin bütün şinlərə eyni qaydada şamil edilməsi tam olaraq doğru deyil. Bu səbəbdən uzun illər müxtəlif yol örtüklərində, müxtəlif fəsillərdə avtomobillərdən istifadə edən sürücülər praktikadan formalaşan qaydanı tövsiyə edirlər - protektorun dərinliyi yayda minimum 2 mm, qışda minimum 4 mm. 

Adətən təkərlərdə aşınma göstəricisi istifadə edilir, yəni protektorun üzərində rəgəmlər təsfir edilir. Bu rəqəmələr mm olaraq protektorun hündürlüyünü əks etdirir. Protektor aşındıqca bu rəqəmlər də tədricən silinir və beləliklə sürücü rahatlıqla təkərin aşinmasına nəzarət edə və təhlüləli səviyyəyə catmasından xəbardar ola bilir. 

Digər tərəfdən istehsalçılar təhlükəsizliyi təmin etmək məqsədi ilə istehsal etdikləri hər bir təkər modeli üçün maksimal yürüş məsafələri təyin edirlər. Təəssüf ki, məhz bu rəqəmlərə etibar etmək düzgün deyil, çünki təkərlərin yürüş məsafələri bir çox faktorlardan asılı olaraq dəyişir. Bu faktorlara misal olaraq istifadə olunduğu şərait, suruş şəkli, avtomobilin çəkisi, avtomobilin asqı sisteminin düzgün qurulmasından, sürətlər qutusunun növündən və s.. Bu faktorlar səbəbindən maksimal yürüş məsafəsində +/- 10 000 km qədər fərq yarana bilir. 

Həmçinin təkərlərdə aşınma dərəcəsini göstərən xusüsi indicator - TWI istifadə edilir. Bu növ vasitələr hazırda kifayət qədər yayılıb,protektor bloklarının arasında yerləşdirilmiş ensiz zolaq şəklindədir. Üzərində istehsalçı şirkətin adını və ya ox işarəsi təsvir edilir və bu işarənin yerlə təmasa keçdiyi zaman artıq təkərin istifadəyə yararsız olduğunu göstərir. Bu halda təkərlər yenisi ilə əvəz olunmalıdır.