Türkiyənin ən böyük avtomobil təkərləri istehsalçılarından olan Lassa, sürücülərə artıq yay təkərlərinə keçmələrini tövsiyyə edir. Hava istiləşdikcə yay təkərlərinə keçməniz həm sizin, həm də avtomobiliniz üçün ən yaxşısı olacaq. Qış təkərləri qış şəraiti üçün daha uyğun olsa da, yay təkərləri isti havalarda daha yaxşı performans sərgiləmək üçün hazırlanmışdır.

Yay təkərlərinə vaxtında qayıtmaq nəinki üstün performans təmin edir, həmdə yanacaq sərfiyyatını da azaldır. Bununla yanaşı nizamsız aşınmaya daha davamlı olduğu üçün qış təkərinə nisbətən səs-küyü də azaldır.

DAXİLİ VƏ JATMA* TESTİ 

Yay təkərlərinə keçmənin həqiqətən əhəmiyyətli olduğunu sübut etmək üçün Lassa öz fabrikində istehsal olunan yay təkərlərini və lamelli qış təkərinini istifadə edərək bir sıra (qapalı) testlərdən  və JATMA (Yapon Avtomobil İstehsalçıları Birliyi) tərəfindən həyata keçirilən testlərdən * faydalanmaqdadır. 

TEST NƏTİCƏLƏRİ

Bu testlər yay təkərlərinin qısa əyləc məsafələri, yanacaq sərfiyyatının az olması və yay şəraitində daha rahat sürücülük kimi bir sıra üstünlüklərə sahib olduğunu göstərir.

* Daxili testlər EC 1222/2009 Avropa qaydalarında müəyyən edilmiş metodlara uyğun olaraq aparılır

* Yaponiya Avtomobil Araşdırma İnstitutunda edilən testlər

ÜSTÜNLÜKLƏR NƏLƏRDİR?

Daha az yuvarlanma müqaviməti və buna görə daha qənaətli yanacaq sərfiyyatı

Lassa mühəndisləri yay təkərlərinin yuvarlanma müqavimətinin daha aşağı olduğunu və bunun sürücülük tərzinə, yol şəraitinə və s. təsir edə biləcəyini də müəyyən etdilər. Şərtlərdən asılı olaraq 3% daha çox yanacağa qənaət edərək daha yüksək ekoloji performans əldə etdiklərini tapıblar.

Daha uzun ömür

Yay təkərləri isti havalarda nizamsız aşınmaya daha davamlıdır. Beləliklə, təkərlərin ömrü uzadılır və pulunuzun dəyərinin daha yaxşı qarşılığını görürsünüz.

Daha az ətraf mühitə təsir.

Daha az karbonmonoksit qazı ətrafa daha aşağı yayma müqaviməti ilə buraxılır.

Sakit sürücülük

Yay Təkərləri isti havalarda üstün rahatlıq təmin edən daha sakit və hamar bir performans nümayiş etdirdi.

YAY TƏKƏRLƏRİNƏ KEÇMƏYƏ HAZIRSINIZ?